• 3 Dekabr 2021
logo
FHN: Ötən gün 103 yanğına çıxış olub, 10 nəfər xilas edilib

FHN: Ötən gün 103 yanğına çıxış olub, 10 nəfər xilas edilib

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.
Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 103 yanğına çıxış, 10 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, ötən sutka ərzində 10 nəfər, o cümlədən dənizdə çimərlik ərazisində batma təhlükəsi olan 4 nəfər xilas edilib.
Həmçinin, Bakı şəhərinin Nizami rayonunda mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalma faktı üzrə həyata keçirilən xilasetmə əməliyyatı zamanı 1988-ci il təvəllüdlü Babayev Cavid Əlövsət oğlunun meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.