• 28 Noyabr 2021
logo
DYP sürücü və piyadaları hava şəraiti ilə əlaqədar ehtiyatlı olmağa çağırıb

DYP sürücü və piyadaları hava şəraiti ilə əlaqədar ehtiyatlı olmağa çağırıb

Baş Dövlət Yol Polisi İdarəsi Bakı şəhərində və bölgələrdə hava şəraitinin dəyişəcəyi ilə bağlı sürücü və sərnişinlərə müraciət edib.
Baş Dövlət Yol Polisi İdarəsinin İctimai Qrumlarla İş üzrə şöbəsinin rəisi Namidan Piriyev APA-ya açıqlamasında bildirib ki, bu cür hava şəraitində sürücülər avtomobillərinin texniki sazlığını yoxlamalı, zərurət olmadığı hallarda ötmə əməliyyatı aparmamalı və qəfil manevrlər etməkdən çəkinməlidirlər.
Qurum rəsmisi piyadaların da öz növbəsində hava şəraitinin tələblərinə uyğun hərəkət etmələrini tövsiyə edib: "Piyadalardan asfalt örtüyünün yaş olması səbəbindən yolu keçərkən yaxınlaşmaqda olan avtomobillərin qısa məsafədə dayana bilməyəcəyini nəzərə alaraq yolu yalnız onlar üçün müəyyən edilmiş yerlərdən keçmələri, yolun avtomobillərin hərəkəti üçün nəzərdə tutulmuş hissəsi ilə piyada getməmələrini xahiş olunur”
N.Piriyev həmçinin, qarşıdakı günlərdə küləyin sürətinin artacağı ilə bağlı sürücüləri təhlükəsizlik qaydalarına daha çox əməl etməyə, avtomobillərini hündürmərtəbəli binaların və ağacların altında saxlamamağa çağırıb.
Qeyd edək ki, ETSN Milli Hidrometeorologiya Xidməti bu gün axşamdan etibarən hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edib.