• 24 Yanvar 2022
logo
Prokurorluq: Daşkəsən sakininin minaya düşməsi ilə bağlı araşdırma aparılır

Prokurorluq: Daşkəsən sakininin minaya düşməsi ilə bağlı araşdırma aparılır

Baş Prokurorluq minaya düşən Daşkəsən rayon sakini ilə bağlı məlumat yayıb.
Baş Prokurorluğun mətbuat xidmətondən daxil olan məlumatda bildirilib ki, bəzi kütləvi informasiya vasitələrində Daşkəsən rayon sakininin Ermənistan Respublikası ilə sərhəd olan kənddə minaya düşməsi barədə məlumatlar yayılıb: "Bununla bağlı bildiririk ki, 29 avqust 2021-ci il tarixdə Tağıyev Şükür Əşrəf oğlunun kənd-təsərrüfat fəaliyyəti ilə məşğul olarkən Daşkəsən rayonu, Alaxançallı kəndinin Kəlbəcər rayonu ilə sərhəd hissəsində yerləşən “Təkqaya” adlanan ərazisində minaya düşərək müxtəlif dərəcəli bədən xəsarətləri alması barədə Daşkəsən rayon prokurorluğuna məlumat daxil olub.
Hazırda faktla bağlı araşdırma aparılır".