• 1 İyul 2025
logo
Qızılağac Milli Parkında yanğın başlayıb

Qızılağac Milli Parkında yanğın başlayıb - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Lənkəran şəhəri, Balıqçılar qəsəbəsi, Qızılağac Dövlət Təbiət Qoruğu ərazisində yanğın hadisəsi barədə məlumat daxil olub.
FHN-in verdiyi xəbərə görə, məlumatla əlaqədar Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Xüsusi Riskli Xilasetmə Xidmətinin və Cənub Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri yanğınsöndürmə işlərinə cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər həyata keçirilir.
İlkin məlumata əsasən, təxminən 10 ha sahədə kol-kos yanır.
Əlavə məlumat veriləcək.
***
15.27

Qızılağac Milli Parkının Balıqçılar qəsəbəsi ərazisində yanğın hadisəsi baş verib.
Bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev deyib.
O bildirib ki, hazırda bütün qüvvələri və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları səfərbər olunaraq yanğının söndürülməsi üçün çalışırlar.