• 19 Yanvar 2022
logo
İki erməni hərbçi Azərbaycan sərhədçisinə hücum edib, əlbəyaxa davada əsgərimiz bıçaq yarası alıb

İki erməni hərbçi Azərbaycan sərhədçisinə hücum edib, əlbəyaxa davada əsgərimiz bıçaq yarası alıb

25 avqust tarixində saat 15:45 radələrində Gorus-Qafan yolunun Qubadlı rayonunun Aşağı Cibikli kəndi yaxınlığından keçən hissəsi istiqamətində yerləşən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyasının sərhəd-döyüş məntəqəsinin ərazisində xidmətdə olan əsgər Şirəliyev Ruslan Nəriman oğlu Ermənistan Silahlı Qüvvələrinin 2 hərbi qulluqçusunun qəfil hücumuna məruz qalıb, əlbəyaxa döyüş zamanı sinə nahiyəsindən süngü bıçaqla xəsarət alıb.
Dövlət Sərhəd Xidmətindən verilən məlumata görə, digər sərhəd naryadlarının köməyə gəldiyini görən Ermə¬nistan hərbçiləri ərazinin sıx meşəlik olmasından istifadə edərək geri qaç¬ıblar.
Əsgər R.Şirəliyev təcili olaraq Dövlət Sərhəd Xidmətinin hərbi hospitalına təxliyə edilib, hazırda həyatı üçün təhlükə yoxdur.
Baş vermiş hadisəyə görə bütün məsuliyyət Ermənistan tərəfinin üzərinə düşür və bu təxribata adekvat cavab veriləcəkdir.