• 24 Yanvar 2022
logo
BAXCP sədri Zülfüqar Hüseynzadəni təbrik edib

BAXCP sədri Zülfüqar Hüseynzadəni təbrik edib

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev Moderator.az saytının baş redaktoru Zülfüqar Hüseynzadəni 50 illik yubileyi münasibətilə təbrik edib. Təbrikdə deyilir:
“Hörmətli Zülfüqar bəy,
Sizi 50 illik yubileyiniz münasibətilə təbrik edirəm.
Siz Azərbaycan mediasında öz dəst-xətti ilə seçilən, öz fəaliyyətində milli mətbiatımızın təməl prinsiplərini əsas götürən, azad sözə, fikir müxtəlifliyinə dəyər verən yazarlardansınız.
Rəhbəri olduğunuz Moderator.az saytı qısa müddət ərzində, məhz fikir müxtəlifliyinə, ölkənin köklü problemlərini diqqət mərkəzində saxlayıb üzərinə işıq saldığına görə böyük oxucu kütləsi qazanıb və Azərbaycan mediasında layiqli yerini tutan informasiya resurslarından birinə çevrilib.Əminəm ki, bundan sonra da Azərbaycan mediasında fikir müxtəlifliyinin qorunmasına öz töhfənizi verəcək, yeni uğurlara imza atacaqsınız.
Sizi bir daha təbrik edir, möhkəm cansağlığı, yaradıcılıq uğurları arzulayıram”.