• 16 İyul 2019
logo
add image
Gömrük Akademiyası magistraturaya qəbul üzrə liderdir

Gömrük Akademiyası magistraturaya qəbul üzrə liderdir

Azərbaycanda magistratura səviyyəsinə ən yüksək qəbulolma faizi Dövlət Gömrük Komitəsinin Akademiyasının məzunlarına məxsusdur.
Komitədən verilən məlumata görə, Dövlət İmtahan Mərkəzinin "Abituriyent" jurnalının 12-ci sayında dərc olunan məlumatda bildirilir ki, Akademiyanın 16 nəfər məzunundan 13-ü magistraturaya qəbul olub.
Xatırladaq ki, 2019/2020-ci tədris ilində Dövlət Gömrük Komitəsinin Akademiyasında ilk dəfə magistratura səviyyəsinə qəbul aparılıb. Akademiyanın magistratura pilləsinə qəbul Dünya iqtisadiyyatı - Gömrük işi və Hüquqşünaslıq - Beynəlxalq hüquq ixtisasları üzrə həyata keçirilib.
Qeyd edək ki, Akademiyasının magistraturasına qəbul olunmuş bakalavrların sənədlərinin qeydiyyatı 27.06.2019-cu il tarixindən 10.07.2019-cu il tarixinə qədər (şənbə və bazar günləri istisna olmaqla) saat 09:00-dan 17:00-a kimi Akademiyanın Tədris-metodiki işin təşkili şöbəsində aparılacaq.