• 21 Yanvar 2022
logo
DİN: Son iki gündə 12 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə saxlanılıb

DİN: Son iki gündə 12 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə saxlanılıb

21 və 22 avqust tarixlərində daxili işlər orqanlarının əməkdaşları tərəfindən respublika ərazisində 12 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.
DİN-in mətbuat xidmətindən verilən məlumata görə, polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadıqları evə qaytarıb, bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.
Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə 4 nəfər barəsində cinayət işi başlanılıb. Hazırda istintaq araşdırmaları davam etdirilir.