• 24 Yanvar 2022
logo
Kəlbəcərdə əsgərimiz həlak olub

Kəlbəcərdə əsgərimiz həlak olub

Kəlbəcərdə xidmət edən Azərbaycan Ordusunun əsgəri Əsgərov Aydəniz Elburus oğlu həlak olub.
Bu barədə əsgərin yaxınları məlumat yayıb.
Onun ölüm səbəbi hələlik açıqlanmayıb.
A.Əsgərov Sabirabad rayonunun Poladtuğay kəndinin sakini olub.
Kənd icra nümayəndəliyindən xəbəri təsdiqləyiblər. Bildirilib ki, sakinlər əsgərin nəşini qarşılamağa hazırlaşır.
Bu gün vida mərasimi keçiriləcək, sonra onun cənazəsi kənd məzarlığında torpağa tapşırılacaq.
Qeyd edək ki, Azərbaycan Ordusunun hərbi qulluqçusu Əsgərov Aydəniz Elburus oğlu Prezident İlham Əliyevin sərəncamı ilə “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilmişdi.
modern.az