• 19 Yanvar 2022
logo
“Artilleriya atəşinin ustaları” beynəlxalq müsabiqəsinin iştirakçıları üçün brifinq keçirilib

“Artilleriya atəşinin ustaları” beynəlxalq müsabiqəsinin iştirakçıları üçün brifinq keçirilib

“Beynəlxalq Ordu Oyunları - 2021” yarışları çərçivəsində Qazaxıstanda keçirilən “Artilleriya atəşinin ustaları” müsabiqəsinin başlaması ilə bağlı iştirakçılar üçün brifinq keçirilib.
Müdafiə Nazirliyindən verilən məlumata görə, brifinqdə iştirakçılara təhlükəsizlik qaydaları çatdırılıb, yarışların xüsusiyyətləri və keçirilmə şərtləri izah olunub, ərazinin maketi üzərində atəş və döyüş hazırlığı tapşırıqlarının yerinə yetirilmə hədləri göstərilib, eləcə də poliqonun infrastrukturu və maddi-texniki bazası ilə bağlı məlumat verilib
Qeyd edək ki, avqustun 25-dən baylayacaq müsabiqədə Azərbaycan Ordusu 22 hərbi qulluqçu ilə təmsil olunur.
Artilleriyaçılarınızın müsabiqəyə hazırlığı davam edir.