• 20 Yanvar 2022
logo
Lerik rayonunda dağlıq ərazidə baş verən yanğın söndürülüb

Lerik rayonunda dağlıq ərazidə baş verən yanğın söndürülüb

Avqustun 21-də Lerik rayonu, Haftonu kəndi yaxınlığında, mürəkkəb relyefli dağlıq ərazidə baş verən yanğın söndürülüb.
BayMedia.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən bildirir ki, yanğın zamanı 1 ha sahədə quru ot, kol-kos və qurumuş ağac kötükləri yanıb.
Yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Xüsusi Riskli Xilasetmə Xidmətinin şəxsi heyəti və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları (mürəkkəb relyefli dağlıq ərazi olduğu üçün əsasən əl əməyindən istifadə olunub) tərəfindən söndürülüb.
Yaxınlıqdakı ərazilər yanğından mühafizə olunub.