• 19 Yanvar 2022
logo
Axtarışda olan şəxs Bakıda evdən 13 min manatlıq oğurluq edib

Axtarışda olan şəxs Bakıda evdən 13 min manatlıq oğurluq edib

Bakıda mənzildən oğurluq edilib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, Səbail Rayon Polis İdarəsi 41-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində rayon ərazisindəki evlərin birindən 1700 manat və 6900 ABŞ dolları oğurlamaqda şübhəli bilinən E. Allahverdiyev saxlanılıb.
Saxlanılan şəxsin ətrafında aparılan tədbirlərlə onun Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olması da müəyyən edilib.