• 27 Yanvar 2022
logo
Fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev Türkiyədən geri dönüb

Fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev Türkiyədən geri dönüb

Fövqəladə Hallar Nazirliyinin (FHN) Türkiyədəki qüvvələrinə rəhbərlik etmiş fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev Azərbaycana qayıdıb.
Bu barədə FHN-dən məlumat verilib.
Məlumat verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş meşə yanğınları ilə mübarizə məqsədilə qardaş ölkəyə göndərilmiş Azərbaycan Fövqəladə Hallar Nazirliyinin yanğın-xilasetmə qüvvələri hissə-hissə ölkəmizə qayıdır. Avqustun 17-də FHN-in Türkiyədəki qüvvələrinə rəhbərlik etmiş fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev də Azərbaycana qayıdıb.
Qeyd edək ki, qüvvələrin şəxsi heyəti dünən 2 qrupda qardaş ölkədən təyyarə ilə geri dönüb, texnikalar və şəxsi heyətin digər hissəsi isə quru yolla hazırda Azərbaycana doğru hərəkət edir.