• 19 Yanvar 2022
logo
Türyənçay Dövlət Təbiət Qoruğu ərazisində şimşək çaxması ilə əlaqədar növbətçilik təşkil edilib

Türyənçay Dövlət Təbiət Qoruğu ərazisində şimşək çaxması ilə əlaqədar növbətçilik təşkil edilib

Bu gün axşam saatlarından başlayaraq Türyənçay Dövlət Təbiət Qoruğu ərazisində güclü şimşək çaxması müşahidə olunur.
Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib.
Onun sözlərinə görə, ərazidə nəzarətin təmin olunması məqsədilə növbətçilik təşkil edilib, baş verə biləcək yanğınların operativ söndürülməsi üçün müvafiq tədbirlər görülüb.
İradə İbrahimova deyib ki, bir neçə gün əvvəl Qoruğun ərazisində şimşək çaxması nəticəsində yanğın hadisəsi baş verib, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşlarının birgə səyləri nəticəsində yanğın söndürülüb.