• 20 Yanvar 2022
logo
MN gizir Mirzə Əhmədovun vəfat etməsi ilə bağlı açıqlama yayıb

MN gizir Mirzə Əhmədovun vəfat etməsi ilə bağlı açıqlama yayıb - YENİLƏNİB

Bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə gizir Əhmədov Mirzə Balaqardaş oğlunun Vətən müharibəsi zamanı yaralanması və 8 ay komada qaldıqdan sonra şəhid olması barədə məlumat yayılıb.
Müdafiə Nazirliyindən bildirilib ki, gizir M.Əhmədov 2020-ci ilin avqust ayının 7-də xidmət zamanı aldığı xəsarət səbəbindən bir ildən artıq Silahlı Qüvvələrin Baş Klinik Hospitalında müalicə olunub.
Lakin həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb və o, dünən vəfat edib.
Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçumuzun yaxınlarına və əzizlərinə dərin hüznlə başsağlığı verir.
11:07
Komada olan qazi 8 aydan sonra vəfat edib.
Gizir Mirzə Balaqardaş oğlu Əhmədov qəhrəmancasına döyüşdüyü Vətən müharibəsində yaralandıqdan sonra komaya düşüb və 8 aydan sonra vəfat edib.
O, doğulduğu Cəlilabad rayonunun Ocaqlı kəndində torpağa tapşırılacaq.