• 22 Yanvar 2022
logo
Antalya-Bakı aviareysi texniki səbəblərdən təxirə salınıb

Antalya-Bakı aviareysi texniki səbəblərdən təxirə salınıb

Antalya-Bakı marşrutu üzrə reysin yerinə yetirilməsinə hazırlaşan "Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkətinin "Airbus A320" təyyarəsi texniki səbəblərə görə dayanacağa qayıdıb.
AZAl-dan verilən məlumata görə, sərnişinlərin daşınması üçün Bakıdan başqa təyyarə göndəriləcək.
Gecikmiş reysin sərnişinləri aviaşirkətin qaydalarına uyğun olaraq bütün zəruri vasitələrlə təmin ediləcək.