• 24 Yanvar 2022
logo
Oğuzda dağlıq ərazidə baş verən yanğın söndürülüb

Oğuzda dağlıq ərazidə baş verən yanğın söndürülüb

Avqustun 11-də Oğuz rayonu, Xaçmaz kəndi yaxınlığında, mürəkkəb relyefli dağlıq ərazidə baş verən yanğın söndürülüb.
FHN-in verdiyi məlumata görə, yanğın zamanı 1,5 ha sahədə quru ot, kol-kos və qurumuş ağac kötükləri yanıb.
Yanğın FHN Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələrinin şəxsi heyəti (mürəkkəb relyefli dağlıq ərazi olduğu üçün əsasən əl əməyindən istifadə olunub) tərəfindən söndürülüb.
Meşə zolağı yanğından mühafizə olunub.