• 13 İyul 2025
logo
FHN: Ötən gün 193 yanğına çağırış olub, 4 nəfər xilas edilib

FHN: Ötən gün 193 yanğına çağırış olub, 4 nəfər xilas edilib

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.
Fövqəladə Hallar Nazirliyinin (FHN) verdiyi xəbərə görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 193 yanğına çıxış və 4 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, ötən sutka ərzində 4 nəfər, o cümlədən dənizdə çimərkən batma təhlükəsi ilə üzləşən 1 nəfər xilas edilib. Sabirabad rayonunda minik avtomobilinin su kanalına düşməsi faktı üzrə həyata keçirilən qəza-xilasetmə əməliyyatı zamanı Mirzəyev Elman Nizam oğlunun meyiti xilasedicilər tərəfindən su kanalına düşən avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.