• 12 İyul 2025
logo
Baş Prokurorluq: İşğaldan azad edilmiş ərazilərdə 23 mülki şəxs minya düşərək həlak olub, 36 nəfər xəsarət alıb

Baş Prokurorluq: İşğaldan azad edilmiş ərazilərdə 23 mülki şəxs minya düşərək həlak olub, 36 nəfər xəsarət alıb

Baş Prokurorluq Azərbaycanın işğaldan azad edilmiş ərazilərində minaya düşərək həlak olan və xəsarət alan mülki şəxslərin sayını açıqlayıb.
Baş Prokurorluğun Mətbuat Xidmətindən verilən məlumata görə, 10 noyabr 2020-ci il tarixindən bu il avqustun 11-dək işğaldan azad edilmiş ərazilərdə minaya düşmələri nəticəsində 23 mülki şəxs həlak olub, 36 nəfər mülki şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.