• 4 Dekabr 2020
logo
Kosmik hava proqnozu açıqlandı - Maqnit qasırğası olacaqmı?

Kosmik hava proqnozu açıqlandı - Maqnit qasırğası olacaqmı?

AMEA-nın Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumunu açıqlayıb.

Rəsədxanadan bildirilib ki, bu gün Günəş fəallığı çox aşağı səviyyədə, Günəş diski ləkəsiz olub. Geomaqnit sahə son 24 saat ərzində ümumən sakit keçib.

Qeyd olunub ki, proqnoz dövründə (24-26 oktyabr) Günəş fəallığı çox aşağı səviyyədə qalacaq. İlk iki gün isə Günəş küləyi parametrlərinin zəif güclənəcəyi proqnozlaşdırılır. Sonuncu proqnoz günü şəraitin yenidən normal səviyyəyə geri dönəcəyi gözlənilir.

Maqnit qasırğasının yaranması ehtimalı proqnoz dövründə ilk iki gün 30 faizdən, son gün isə 15 faizdən aşağı qiymətləndirilir.