Bu ilin 6 ayında narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 2798 nəfər cəlb edilib.
Bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun bu ilin 6 ayına həsr olunan hesabatında bildirilib.
Hesabatda qeyd olunub ki, onlardan 16-18 yaşadək 6 nəfər, 18-25 yaşadək 218 nəfər, 26-29 yaşadək 497 nəfər, 30 yaş və ondan yuxarı isə 2077 nəfər təşkil edir. Həmin şəxslərdən 2730-u kişi, 68-i qadın olub. Cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərdən 35 nəfəri xarici ölkə vətəndaşıdır.