• 27 Yanvar 2022
logo
FHN: Ötən sutka 77 yanğına çıxış olub, bir nəfər xilas edilib

FHN: Ötən sutka 77 yanğına çıxış olub, bir nəfər xilas edilib

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (FHN) üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.
FHN-in verdiyi məlumata görə, nazirliyin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 77 yanğına çıxış və 3 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ötən sutka ərzində dənizdə çimərkən batma təhlükəsi ilə üzləşən 1 nəfər xilas edilib, həmçinin dənizdə qeyri-çimərlik ərazidə batan Yaqubova Lalə Fətəli qızı və Həsənov Nizami Əbülfət oğlunun meyitləri dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.