• 5 İyul 2022
logo
Gəncədə gənc əsgərlər Vətənə sədaqət andı içiblər

Gəncədə gənc əsgərlər Vətənə sədaqət andı içiblər - FOTO

Müdafiə Nazirliyinin Gəncə şəhərində yerləşən “N” saylı hərbi hissəsində gənc əsgərlər Vətənə sədaqət andı içiblər.
Andiçmə mərasiminə Müdafiə Nazirliyinin nümayəndəsi polkovnik leytenant Emin Əlizamanov, Quru Qoşunları komandanlığının nümayəndəsi polkovnik Vüqar Allazov, hərbi hissə komandiri polkovnik Fuad Mirzəyev, hərbi hissəsinin şəhidi Orxan Həsənovun atası Bakir Həsənov, Birnci Qarabağ müharibəsinin veteranları, zabit və əsgərlər iştirak edib.
Əvvəlcə mərasimdə Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi yad edilib. Mərasimdə döyüş bayrağı sıra meydanına gətirilərək Dövlət Himni səsləndirilib və tədbir açıq elan olunub. Daha sonra gənc əsgərlər təntənəli surətdə vətənə sədaqət andı içərək ordu sıralarına tam hüquqlu həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi daxil olublar.
Çıxış edən hərbi hissə komandiri polkovnik Fuad Mirzəyev hərbi andı qəbul edən əsgərləri təbrik edib, xidmətlərində uğurlar arzulayıb.
Yekunda şəxsi heyət təntənəli marşla tribuna önündən keçiblər.