• 13 İyul 2025
logo
Müdafiə Nazirliyinin rəhbərliyi azad edilmiş ərazilərdə tikintisi davam edən hərbi hissələrdə olub

Müdafiə Nazirliyinin rəhbərliyi azad edilmiş ərazilərdə tikintisi davam edən hərbi hissələrdə olub - VİDEO

Silahlı Qüvvələrin Ali Baş Komandanının tapşırığının icrası ilə əlaqədar Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Kəlbəcər və Laçın rayonlarında tikintisi davam edən bir neçə hərbi hissədə olublar. Müdafiə Nazirliyinin verdiyi məlumata görə, tikinti işlərinin gedişatını yoxlayan Müdafiə naziri inşaatın keyfiyyətli aparılması və vaxtında başa çatdırılması ilə əlaqədar müvafiq tapşırıqlar verib.