• 7 İyul 2025
logo
Azərbaycan hərbçiləri Gürcüstanda təlimlərdə iştirak edib

Azərbaycan hərbçiləri Gürcüstanda təlimlərdə iştirak edib

Gürcüstanda Azərbaycan hərbçilərinin də iştirak etdiyi “Agile Spirit - 2021” hərbi təlimləri başa çatıb.
İyulun 26-da start götürən çoxmillətli hərbi təlimlərin bu gün bağlanış mərasimi keçirilib.
Qeyd edək ki, 2011-ci ildən etibarən sayca 10-cu dəfə keçirilən builki hərbi təlimlərdə Gürcüstan, Estoniya, Almaniya, Latviya, Litva, Polşa, Rumıniya, İspaniya, Türkiyə, Ukrayna, Böyük Britaniya, ABŞ, Kanada, İtaliya və Azərbaycandan ümumilikdə 2500-dək hərbçi iştirak edib.