• 5 İyul 2022
logo
ANAMA-nın əməkdaşı Ağdamda minaya düşüb

ANAMA-nın əməkdaşı Ağdamda minaya düşüb - YENİLƏNİB 1 

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) qurumun əməkdaşının Ağdamda minaya düşməsi ilə bağlı məlumat yayıb.
ANAMA-dan verilən məlumatda bildirilib ki, avqustun 6-da ANAMA əməkdaşı 1990-cu il təvəllüdlü Əliyev Fərid Əlimusa oğlu işğaldan azad edilmiş Ağdam rayonu ərazisində xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib.
Nəticədə, Əliyev Fərid Əlimusa oğlu partlayış zamanı üzərində olan xüsusi qoruyucu geyim və dəbilqə sayəsində ciddi bədən xəsarətləri almayıb. Hazırda tibbi müayindən keçirilir.
"İşğaldan azad edilmiş ərazilərin minalarla, partlamamış hərbi sursatlarla, tərkibində partlayıcı olan qurğularla və müharibənin partlayıcı qalıqları ilə yüksək səviyyədə çirklənməsini nəzərə alaraq təhlükəsiz səfər imkanlarının yaradılacağı müddətədək vətəndaşlarımızdan həmin ərazilərə xüsusi icazə olmadan daxil olmamağa çağırırıq", - deyə ANAMA-dan bildirilib.
***
09:58

Baş Prokurorluq ANAMA-nın əməkdaşının Ağdamda minaya düşməsi ilə bağlı məlumat yayıb.
Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumatda bildirilib ki, avqustun 6-da saat 09 radələrində partlamamış silah-sursatın axtarışı ilə bağlı Ağdam rayonunun Baş Qərvənd kəndinə ezam olunmuş Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin əməkdaşı 1990-cı il təvəllüdlü Əliyev Fərid Əlimusa oğlu piyada əleyhinə minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.
***
09.32

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı Ağdam rayonu ərazisində minaya düşüb.
Hadisə Ağdamın işğaldan azad olunan Baş Qərvənd kəndi ərazisində baş verib. Ağdama çəkiləcək yeni yolun ərazisini minalardan təmizləyən ANAMA əməkdaşı Fərid Əliyev minaya düşərək xəsarət alıb.
Xəsarət alan şəxs ərazidən çıxarılaraq xəstəxanaya yerləşdirilib.