• 20 Yanvar 2025
logo
Kür çayında batan şəxsin meyiti tapılıb

Kür çayında batan şəxsin meyiti tapılıb

Sabirabad rayonunun Cavad kəndi ərazisində, Kür çayında batdığı ehtimal olunan 1960-cı il təvəllüdlü Hümbətov Qaraxan Abdulxan oğlunun axtarışları başa çatıb. Nazirlikdən verilən məlumata görə, Q.Hümbətovun meyiti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.