• 12 İyul 2025
logo
Lənkəranda meşə yanğınının söndürülməsinə helikopter cəlb olunub

Lənkəranda meşə yanğınının söndürülməsinə helikopter cəlb olunub - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Lənkəran rayonu, Moloja kəndi yaxınlığında, mürəkkəb relyefli dağlıq ərazidə meşə zolağında yanğın olması barədə məlumat daxil olub.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Xəbərə görə, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Aviasiya dəstəsinin 1 ədəd helikopteri yanğınsöndürmə işlərinə cəlb olunub. Hal-hazırda yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər davam etdirilir.
Əlavə məlumat veriləcək.
***
18:30

Lənkəran rayonunun Osaküçə meşəbəyliyinin ərazisində, Hirkan Milli Parkı ilə sərhəddə yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, yanğın dağlıq-meşəlik ərazidə qeydə alınıb.
Hazırda yanğının söndürülməsi istiqamətində FHN-in müvafiq qurumları tərəfindən lazımı tədbirlər görülür.
Əlavə məlumat veriləcək.