• 5 İyul 2022
logo
FHN-nin növbəti qrupu Gürcüstan ərazisindən Türkiyəyə doğru hərəkət edir

FHN-nin növbəti qrupu Gürcüstan ərazisindən Türkiyəyə doğru hərəkət edir - VİDEO

Məlumat verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin müvafiq yanğın-xilasetmə qüvvələrinin növbəti qrupu dünən axşam saatlarında qardaş Türkiyə Respublikasına yola düşüb. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, hazırda qrup qonşu Gürcüstan ərazisindən Türkiyəyə doğru hərəkət edir.