• 18 Fevral 2025
logo
Azərbaycan FHN-in qüvvələri Türkiyədə yanğınsöndürmə işlərini davam etdirir

Azərbaycan FHN-in qüvvələri Türkiyədə yanğınsöndürmə işlərini davam etdirir - VİDEO

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə qardaş Türkiyə Respublikasında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürmə qüvvələri yanğınların söndürülməsi əməliyyatlarına başlayıb. FHN-in verdiyi xəbərə görə, hazırda yanğınsöndürmə qüvvələri Türkiyənin Marmaris bölgəsində meşə yanğınları ilə mübarizə aparır. Qeyd edək ki, ötən gün nazirliyin 100 nəfər əməkdaşı Türkiyədə yanğın baş verən ərazilərə yollanıb.