• 19 Aprel 2024
logo
BAXCP sədri: Bütün varlığımızla Türkiyənin yanındayıq

BAXCP sədri: Bütün varlığımızla Türkiyənin yanındayıq

Qüdrət Həsənquliyev Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcıya başçsağlığı məktubu göndərib

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcıya başçsağlığı məktubu göndərib. Məktubda deyilir:

“Hörmətli cənab Səfir,
Türkiyədə baş vermiş güclü meşə yanğınlarının ağır və üzücü nəticələri, hər bir Azərbaycan vətəndaşı kimi Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvlərini də dərindən kədərləndirir. Bu çətin gündə bütün varlığımızla qardaş ölkənin yanında olduğumuzu bildirir, Türkiyə dövlətinin və xalqının bu fəlakətin öhdəsindən tez bir zamanda gələcəyinə əminliyimizi ifadə edirik.

Dağıdıcı yanğınlar nəticəsində həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralananlara Allahdan şəfa diləyirik.

Allah rəhmət eləsin!”