• 15 Fevral 2025
logo
Bakı metrosunda hərəkət bərpa olundu

Bakı metrosunda hərəkət bərpa olundu

Metropolitenin bütün xətlərində qatarların hərəkəti hərəkət cədvəlinə uyğun olaraq tam təmin olunub.

Trend xəbər verir ki, bu barədə Bakı Metropoliteni QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov məlumat verib.

Qeyd edək ki, Bakı metrosunda elektrik kəsintisi qatarların hərəkətində problem yaranmışdı. ""Nizami-İnşaatçılar" sahəsində metropolitenə gələn xətlərdə elektrik enerjisinin verilməsində qısamüddətli gərginlik düşməsi nəticəsində xətlər üzrə qatarların hərəkətində yubanmalar mövcud idi.