Ermənistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 180 yoluxma halı qeydə alınıb.
APA-nın "news.am"-a istinadən verdiyi xəbərə görə, ölkədə indiyə qədər koronavirusa yoluxanların ümumi sayı 229 090-a çatıb.
Son 24 saat ərzində ölkədə COVID-19-dan 7 ölüm halı qeydə alınıb, bununla da Ermənistanda infeksiyaya yoluxaraq ölənlərin ümumi sayı 4 597 nəfərə çatıb.