• 28 Mart 2024
logo
Azərbaycanda tikinti materiallarının istehsalı 70 faizdən çox artıb

Azərbaycanda tikinti materiallarının istehsalı 70 faizdən çox artıb

Azərbaycanda tikinti sektorunda, xüsusilə də tikinti materiallarının istehsalı sahəsində əhəmiyyətli artım müşahidə olunur.
Bunu Bakıda keçirilən 25-ci Azərbaycan Beynəlxalq İnşaat Sərgisinin ("BakuBuild 2019) açılışında İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov deyib.
O bildirib ki, son beş il ərzində ölkədə tikinti materiallarının istehsalı 70 faizdən çox artıb:
“Bu, iqtisadiyyatın prioritet sahəsinin yüksək artım dinamikasını təsdiq edən yaxşı göstəricidir. Göstərilən müddət ərzində Azərbaycanın 17 tikinti şirkəti investisiya sənədləri alıb ki, bu da müsbət nəticədir”.
N.Səfərov əlavə edib ki, Azərbaycanda iqtisadiyyatın qeyri-neft sektorunun inkişafına böyük diqqət ayrılır və tikinti sektorunun inkişafı üçün dövlət səviyyəsində ciddi səylər göstərilir.