• 20 Yanvar 2025
logo
"Xalq Cəbhəsi"nin əməkdaşı mükafatlandırılıb

"Xalq Cəbhəsi"nin əməkdaşı mükafatlandırılıb

Türkiyə-Azərbaycan Dərnəkləri Fedarasiyası (TADEF) Türkiyə və Azərbaycan arasında münasibətlərin inkişafı və daha da möhkəmlənməsi istiqamətində xidmətlərinə görə Azərbaycandan iki jurnalisti mükafatlandırıb.

Mükafatlandırılan jurnalistlərdən biri "Xalq Cəbhəsi" qəzetinin əməkdaşı Cavid Şahverdiyev olub. Digər mükafatçı isə "Bakı Xəbər" qəzetinin əməkdaşı, Azinforum.az saytının rəhbəri Məhəmmədəli Qəriblidir.