Azərbaycanın Qarabağ iqtisadi rayonunun bir hissəsində müvəqqəti olaraq yerləşən Rusiya sülhməramlıları Ağdərədə müasir günəş enerjisi təchizatı sistemlərinin qurulmasını müşayiət ediblər.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, telekommunikasiya şəbəkələrinin işçiləri Ağdərə bölgəsindəki mobil qüllələrə gecə-gündüz fasiləsiz enerji təmin etmək üçün günəş panelləri quraşdırırlar.
“Əsas rabitə stansiyasında yeni müasir günəş panelləri quraşdırıldıqdan sonra Ağdərənin ucqar yaşayış məntəqələrinin sakinləri sabit internet və mobil rabitə ilə təmin ediləcəklər”, - məlumatda qeyd edilib.