• 3 Dekabr 2020
logo
İctimai Şuranın sədri kim olacaq? – Bu gün seçkidir

İctimai Şuranın sədri kim olacaq? – Bu gün seçkidir

Bu gün Təhsil Nazirliyi yanında İctimai Şuraya sədr, sədr müavini və məsul katib vəzifələrinə seçkilər keçiriləcək.
Təhsil Nazirliyindən verilən məlumata görə, Azərbaycan Texniki Universitetində keçiriləcək seçkilərdə qeyd olunan vəzifələr üzrə namizədlər şura üzvləri arasından seçiləcək.
Xatırladaq ki, İctimai Şuranın üzvləri təhsil eksperti, professor Şahlar Əsgərov, "XXI əsr Təhsil Mərkəzi” İctimai Birliyinin sədri, fəlsəfə üzrə fəlsəfə doktoru Etibar Əliyev, təhsil eksperti Nadir İsrafilov, əməkdar müəllim, təhsil eksperti Asif Cahangirov, Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktor İlqar Orucov, biologiya üzrə fəlsəfə doktoru Ülviyyə Mikayılova, TEAS Press Nəşriyyat evi, təhsil üzrə məsləhətçi Elmina Kazımzadə, ADA Universitetində İctimai və beynəlxalq münasibətlər fakültəsinin dekanı Anar Vəliyev, "Sosial Hüquqların Araşdırılması” İctimai Birliyinin sədri Mais Əliyev, Respublika Təhsil Şurasının sədri Hikmət Əlizadə və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının sədr müavini Mirzə Cəfərzadədir.
Qeyd edək ki, Təhsil Nazirliyi yanında İctimai Şura Təhsil naziri Ceyhun Bayramovun 11 iyul 2019-cu il tarixli əmrinə əsasən yaradılır. Şuranın yaradılmasında əsas məqsəd nazirliyin fəaliyyətində şəffaflığı artırmaq, eyni zamanda təhsil sahəsində ictimaiyyətlə qarşılıqlı fəaliyyəti gücləndirməkdir.