• 13 Fevral 2025
logo
Sumqayıtda istifadə olunmayan tikili yanır

Sumqayıtda istifadə olunmayan tikili yanır

Sumqayıt şəhərində istifadə olunmayan tikili yanır.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Sumqayıt şəhərində istifadə olunmayan tikilidə yanğın olması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub. Hal-hazırda yanğınsöndürmə işləri davam etdirilir.
Əlavə məlumat veriləcək.