Lənkəran şəhər Heydər Əliyev Mərkəzinin növbəti tədbiri dahi şəxsiyyət, Ulu Öndər Heydər Əliyevin Azərbaycanda ilk dəfə siyasi hakimiyyətə gəlişinin 52-ci ildönümü ilə bağlı idi. Tələbələrin də qatıldığı tədbirə “Azərbaycan tarixində Heydər Əliyev şəxsiyyəti” adı verilmişdi. Respublikada mövcud karantin qaydaları gözləməklə öncə Ümummilli Lider Heydər Əliyevin və torpaq uğrunda canından keçən Vətən oğulların əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Mərkəzinin direktoru Reyhanə Sadıxova tədbirdə çıxış edərək Ümummilli Lider Heydər Əliyevin 1969-cu il iyulun 14-də ölkəmizdə siyasi hakimiyyətə gəlməsini mühüm tarixi hadisə kimi dəyərləndirdi. Daha sonra bildirdi ki, Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının dövlətçilik tarixində böyük uğurlara imza atmış və ömrünü dövlətinin, xalqının inkişafına, tərəqqisinə və rifahına verməklə adını Azərbaycanın tarixinə qızıl hərflərlə yazmışdır. Tədbir Ümummilli Lider Heydər Əliyevin şərəfli həyat yolunu özündə əks etdirən kitab sərgisinə baxışla başa çatdı.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü