• 28 May 2023
logo
Tofiq Yaqublunun ev dustaqlığı ləğv olunub

Tofiq Yaqublunun ev dustaqlığı ləğv olunub

Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Müsavat Partiyasının fəalı Tofiq Yaqublunun ev dustaqlığı ləğv olunub.

Bunu Trend-ə açıqlamasında Tofiq Yaqublunun vəkili Aqil Layıc deyib.

O bildirib ki, Tofiq Yaqublu 2 il 6 ay sınaq müddəti olmaqla şərti azadlığa buraxılıb.

Qeyd edək ki, 2020-ci il sentyabrın 3-də Nizami rayon məhkəməsinin hakimi Nəriman Mehdiyevin hökmü ilə T.Yaqublu 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Sentyabrın 18-də isə məhkəmənin qərarı ilə ev dustaqlığına buraxılıb.