• 28 May 2023
logo
Bakıda yolda maşın aşdı: Tıxac yarandı

Bakıda yolda maşın aşdı: Tıxac yarandı

Bakının Heydər Əliyev prospektində ağır yol nəqliyyat hadisəsi baş verib.
Bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.
Hava limanı istiqamətində hərəkət edən nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb. Hazırda Sabunçu yol qovşağından hava limanı istiqamətində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir.