• 20 Aprel 2024
logo
32 nəfər saxlanıldı - SƏBƏB?

32 nəfər saxlanıldı - SƏBƏB?

Respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 24 cinayətin üstü "isti izlər"lə açılıb. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 4 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 12 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 3 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Respublikanın avtomobil yollarında 1 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 1 nəfər xəsarət alıb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 11 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb.