• 1 İyun 2023
logo
Bakıda ödəmə terminalından 8 min manat oğurlanıb

Bakıda ödəmə terminalından 8 min manat oğurlanıb

Bakıda “Milli ön” ödəmə terminalından oğurluq edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 9-da rayon ərazisindəki mağazaların birindən 90 manat və orada quraşdırılmış “Milli ön” ödəmə terminalından 8417 manat pul oğurlamaqda şübhəli bilinən Mingəçevir şəhər sakini R.Xəlilov saxlanılıb.
Araşdırma aparılır.