• 18 Fevral 2025
logo
“Aeroflot”dan Azərbaycana qərəzli yanaşma

“Aeroflot”dan Azərbaycana qərəzli yanaşma

Moskvadan Bakıya uçuş edən “Aeroflot” Hava Yolları Azərbaycan ərazisinin adını düzgün qeyd etməyib.
Bu barədə Axar.az-a Rusiyadan ölkəmizə uçuş edən həmyerlimiz məlumat verib.
Həmyerlimiz qeyd edib ki, uçuş xəritəsində Qarabağa nəzər yetirəndə "sürprizlə" qarşılaşıb:
“Xankəndinin adı Stepanakert kimi qeyd olunub. Bununla bağlı təyyarə bələdçisini çağıraraq etirazımı bildirdim. Mənə dedilər ki, xəritə hələ yenilənməyib. Təkrar bildirdim ki, Xankəndidən başqa bütün rayonlarımızın adları düzgün qeyd olunub. O zaman mənə dəftər verərək, şikayətimi yaza biləcəyimi dedi. Təəssüf ki, bu xəritəni təyyarənin enməsinə 15 dəqiqə qalmış gördüm və şikayəti yalnız 2 nəfər yaza bildi”.
Qeyd edək ki, “Aeroflot” Rusiyaya məxsus ən böyük hava yolları şirkətidir.