• 14 Fevral 2025
logo
FHN: Ötən sutka 51 yanğına çıxış olub, 5 nəfər xilas edilib

FHN: Ötən sutka 51 yanğına çıxış olub, 5 nəfər xilas edilib

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (FHN) üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

APA-nin FHN-in saytına istinadən verdiyi məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 51 yanğına çıxış və 3 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, ötən sutka ərzində 1-i azyaşlı olmaqla 5 nəfər, o cümlədən qeyri-çimərlik sahədə çimərkən batma təhlükəsi ilə üzləşən 1 nəfər xilas edilib, yanğınlar zamanı 1 nəfərin meyiti aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib.

Həmçinin, Kür çayının Salyan rayonundan keçən hissəsində aşkarlanan naməlum kişi meyiti dalğıc-axtarış qrupu tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.