• 19 Fevral 2025
logo
Qazaxda Kürdə batanlardan birinin meyiti tapılıb

Qazaxda Kürdə batanlardan birinin meyiti tapılıb

Qazax rayonunda Kür çayında batan iki nəfərdən birinin meyti tapılıb, digərinin axtarışları davam edir.

APA-nın yerli bürosunun məlumatına görə, meyti tapılan 1998-ci il təvəllüdlü Şirməmmədov Məhəd Elxan oğludur.

2006-cı il təvəllüdlü Fəttahov Həmzə Arif oğlunun axtarışları isə davam edir.

Qeyd edək ki, həmin şəxslər Kürdə çimən zaman boğulublar.