• 22 İyul 2019
logo
add image
Gecə saatlarında Biləcəridə yolu keçən piyadanı maşın vurub öldürdü

Gecə saatlarında Biləcəridə yolu keçən piyadanı maşın vurub öldürdü

Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən verilən məlumata görə, iyunun 24-də saat 1 radələrində Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində Cəlilabad rayon sakini F.Abbasov idarə etdiyi “VAZ-21154” markalı avtomobillə yolu keçən 45-50 yaşlı kişini vurub. Həmin şəxs hadisə yerində ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.