• 13 Fevral 2025
logo
Neftçala sakini qardaşını qətlə yetirib

Neftçala sakini qardaşını qətlə yetirib

Neftçala rayonunda qətl törədilib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə rayonun Həsənabad qəsəbəsində baş verib.

Həsənabad sakini, 1980-ci il təvəllüdlü Məmmədov Vahid Bayram oğlu qardaşı - 1976-cı il təvəllüdlü Məmmədov Zaur Bayram oğlunu şəxsi münaqişə zəminində bıçaqlayaraq öldürüb.

Faktla bağlı araşdırma aparılır.