• 18 Fevral 2025
logo
Qazaxda iki nəfər Kürdə batıb

Qazaxda iki nəfər Kürdə batıb

Qazaxda iki nəfər Kür çayında batıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Kürün rayonun Birinci Şıxlı kəndindən keçən hissəsində qeydə alınıb. Qazaxın Aslanbəyli kənd sakinləri - 23 yaşlı Şirməmmədov Məhəd Elxan oğlu və 15 yaşlı Fədahov Həmzə Arif oğlu Kür çayında çimən zaman batıblar.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və FHN-in xilasediciləri cəlb olunub.