Erməni terrorçu silahlı birləşmənin daha 13 üzvünün-Hovanesyan Haykaz Koryunoviç, Manukyan Varazdat Amuşavanoviç, Stepanyan David Stepanoviç, Tosunyan Levan Aşotoviç, Baqdasaryan Artur Eduardoviç, Avakyan Serop Surenoviç, Arutyunyan Varazdat Veryojeviç, Manukyan Jora Vanoeviç, Herabyan Hrayr Hraçoviç, Qosparyan Narek Aqaoviç, Kureqyan Qriqor Qaqiqoviç, Qevorkyan Aşot Artakoviç, Aqramanyan Martin Muşeğoviçin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.
Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında Bakı Ağır Cinayətlər Məhkəməsin hakimi Eldar İsmayılovun sədrliyi keçirilən məhkəmə prosesində sənədlərin tədqiqi mərhələsi həyata keçirilir.